Ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə martın 6-da Xankəndi, Əsgəran və Xocalıya yola düşüblər.
Əsgəran qalasının bərpasi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirdi ki, Əsgəran qalası, Qarabağ bölgəsinin tarixini və mədəniyyətini dərindən əks etdirən əhəmiyyətli bir abidədir.
Onun qorunması və bərpası, Azərbaycanın milli irsinin saxlanılması baxımından önəmlidir. Eyni zamanda, bu cür abidələr, regionda sülhün və sabitliyin bərpası istiqamətində həm tarixi, həm də mədəniyyət baxımından mühüm əhəmiyyət daşıyır.
Şəmsiyyə Əliqızı, “İki sahıl”