Türkiyədə Alanyadan Seydişehirə gedən sərnişin avtobusunda yanğın baş verib.
“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında Seydişehir-Antalya magistralının Bozkır qovşağı ətrafında baş verib.
Məlumata görə, yanğını görən sürücü avtobusu saxlayıb və sərnişinləri təxliyə edib.
Hadisə yerinə yanğınsöndürənlər, polis və səhiyyə qrupları cəlb edilib.
Yanğınla bağlı araşdırmalara başlanılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”