Qvatemalada 3763 metr hündürlüyündə yerləşən Fueqo vulkanı püskürüb.
“İki sahil” xəbər verir ki, 300 ailə təxliyə edilib, 30 min insan təhlükə altındadır. Lava və kül buludları paytaxtın 50 km cənub-qərbində müşahidə olunub. Məktəblər və yollar bağlanıb.
Qeyd edək ki, Fueqo vulkanı dünyanın ən aktiv vulkanlarından biridir. Sonuncu dəfə 2018-ci ildə böyük püskürmədə 215 nəfər həyatını itirmişdi.
Hazırda itki barədə məlumat yoxdur, amma vəziyyət nəzarətdə saxlanılır.