11 mart 2025 23:27
90

30 günlük atəşkəsə əməl olunarsa...

Əgər Rusiya tərəfi də müvafiq addımı atsa, Ukrayna cəbhə xətti boyunca 30 gün ərzində atəşi dayandıracaq.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

Zelenski qeyd edib ki, 30 günlük atəşkəsə əməl olunarsa, Kiyev tərəfdaşları ilə birlikdə uzunmüddətli sülh və təhlükəsizliyə zəmanət verəcək işçi sənədlər hazırlaya biləcək.

"Belə bir addım atmağa hazırıq və ABŞ Rusiyanı buna inandırmalıdır", - Ukrayna lideri vurğulayıb.