14 sentyabr 2017 23:30
214

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışılacaq

ATƏT-in insan ölçüsü üzrə görüşündə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışılacaq

Milli Məclisin deputatı Rövşən Rzayev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) insan ölçüsü üzrə növbəti illik görüşü çərçivəsində qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunan işçi sessiyada iştirak etmək üçün sentyabrın 17-dən Polşanın paytaxtı Varşavada səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, deputat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bunun nəticəsində öz yurdundan didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı həqiqətləri toplantı iştirakçılarının diqqətinə çatdıracaq.

Səfər sentyabrın 19-da başa çatacaq.