14 sentyabr 2017 20:34
303

Mixail Zabelin: Düşünürəm ki, ÜAK məsələsi müsbət həll ediləcək

Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin Rusiyada bəzi siyasətçilər Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyəti heç də həmişə başa düşmürlər.

Bu fikirləri Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin AZƏRTAC-a müsahibəsində səsləndirib. O deyib: “Rusiyanın paytaxtında “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” adlı konfransda biz rusiyalı siyasətçiləri Rusiyadan nəyi gözlədiyimiz barədə məlumatlandırmaq istəyirik”. M.Zabelin vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməyə çalışır.

Milli Məclisin deputatı Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanması ilə bağlı fikrini də bildirib: “Biz bu gün bu məsələni müzakirə edəcəyik. Əlbəttə, ÜAK tərəfindən nöqsanlara yol verilib, lakin düşünürəm ki, Rusiyanın Ədliyyə Nazirliyi ifrata varıb. Bu məsələni tamam başqa şəkildə həll etmək olardı. Düşünürəm ki, bu məsələ sentyabrın 19-da müsbət həll ediləcək”.