"Atletiko"nun futbolçusu Antuan Qrizmann "Barselona"nın sabiq oyunçusu Lionel Messinin La Liqa rekordunu qırıb.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu La Liqanın 29-cu turunda "Espanyol"la matçda iştirak etməklə bacarıb.
Bu, Qrizmannın İspaniya çempionatındakı 521-ci oyunu kimi tarixə düşüb. Nəticədə fransalı forvard La Liqa tarixində ən çox oyun keçirən legioner adını qazanb.
Əvvəlki rekord isə Lionel Messiyə məxsus idi - 520 matç.
Qeyd edək ki, Qrizmann İspaniyada "Atletiko" ilə yanaşı, "Barselona" və "Real Sosyedad"ın da formasını geyinib.