Azərbaycan Respublikasını bütün dünyada güclü və qüdrətli bir dövlət kimi tanınır. Bu həm iqtisadi, həm də siyasi arenada sübut olunmuşdur.
Buna sübut olaraq aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfərini qeyd edə bilərik.
Prezident İlham Əliyev qeyd etdi ki, mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 gigavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer öz nitqində vurğulayıb: "Eyni zamanda, iqtisadi əməkdaşlıq perspektivlərimizi müzakirə etdik. Siz artıq bir neçə meyarı qeyd etdiniz... Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər. Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var... Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyəti üçün vacibdir, yaxşı perspektivdir və bu daha maraqlı olacaq."
Danışıqlar zamanı iki dövlətin Prezidentləri iqtisadi inkişafının sürətlənməsi naminə Azərbaycanla Ermənistanın arasında sülh müqaviləsinin mütləq imzalandığının vacibliyindən qeyd etdilər. Bir müəllim olaraq, biz həmişə Azərbaycanda və xaricdə olan hadisələri izləyirik, öyrənməli və nəticə çıxartmalıyıq. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanı İlham Əliyev cənablarının daxili və xarici siyasətini dəstəkləyirik.
Vahid Nağıyev,
Bakı şəhəri, 269 saylı orta məktəbin tarix müəllimi