Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.
“İki sahil” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda Monteneqronun qonağı olacaq.
Qarşılaşma Nikşiç şəhər stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçı Andorradan olan baş hakim Marta San Xuan idarə edəcək.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib. Hazırda hər iki komandanın hesabında 4 xal var. Son pillədə qərarlaşan Litvanın xalı yoxdur.
Cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 8-də beşinci yarış gününün görüşləri baş tutacaq
III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb