Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.
“İki sahil” xəbər verir ki, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) xalça üzərinə çıxacaqlar.
Üç sərbəst güləşçimiz isə medal görüşündə qüvvələrini sınayacaqlar.
Ağanəzər Novruzov (74 kq) bürünc mükafat uğrunda Ramazan Ramazanovla (Bolqarıstan), Osman Nurməhəmmədov (92 kq) finalda Dauren Kuruqluevlə (Yunanıstan), Giorgi Meşvildişvili (125) eyni raundda Solomon Manaşvili (Gürcüstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal əldə ediblər. Avropa çempionatı aprelin 13-də başa çatacaq.
Cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 8-də beşinci yarış gününün görüşləri baş tutacaq
III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb