AFFA-nın 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edəcək klublar üçün ayıracağı məbləğ açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə milli assosiasiyanın Hesabat Konfransında bildirilib.
Əvvəl olduğu kimi yeni mövsümdə də klublar üçün 30 milyon manat ayrılacaq. Sadəcə, bu məbləğ artıq 10 deyil, 12 komanda arasında bölüşdürüləcək.
Bununla da hər kluba illik 2.5 milyon manatın veriləcəyi müəyyənləşib. Daha əvvəl bu rəqəm komanda sayına uyğun olaraq 3 milyon manat təşkil edirdi.
Cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 8-də beşinci yarış gününün görüşləri baş tutacaq
III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb