"Milan"ın qapıçısı Mayk Mennyan ciddi zədə alıb.
“İki sahil” xəbər verir ki, o, A Seriyasının 32-ci turunun "Udineze" ilə matçında (4:0) komanda yoldaşı Aleks Ximeneslə toqquşub. Toqquşmadan sonra fransalı qapıçı yıxılıb və huşunu itirib. O, meydandan xərəkdə çıxarılıb.
29 yaşlı qolkiper müayinə üçün xəstəxanaya aparılıb.
Bu mövsüm Menyan bütün yarışlarda 44 oyun keçirib, 11-də qapısınını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimidir.
Cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 8-də beşinci yarış gününün görüşləri baş tutacaq
III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb