Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşlərinə start verilib.
“İki sahil” xəbər verir ki, “Lənkəran” evdə “Gəncə”ni qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində keçirilən matç Gəncə klubunun 100:74 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında baş tutan ilk görüşdə də Gəncə təmsilçisi qələbə qazanmışdı - 96:92.
Qeyd edək ki, pley-in mərhələsinin digər görüşləri sabah keçiriləcək.
Cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 8-də beşinci yarış gününün görüşləri baş tutacaq
III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb