Ultramarafonun Xankəndidə baş tutması mənim üçün xüsusi məqamdır.
“İki sahil” xəbər verir ki, bunu Qəbələ-Xankəndi ultramarafonunun ardından jurnalistlərə açıqlamasında Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Cavid Qurbanov deyib.
O, yarışın yüksək səviyyədə təşkil olunduğunu söyləyib:
"Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə artıq bu möhtəşəm yarış ikinci dəfədir ki, keçirilir. Sevindirici haldır ki, ultramarafona hər il maraq bir qədər də artır. Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan gəncliyini sağlam həyat tərzinə sövq etməkdir. Bu gün yarışın Xankəndidə baş tutması mənim üçün xüsusi məqamdır. Çünki mən özüm də Qarabağ zonasında dünyaya göz açmışam. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın qəhrəmanlığı və ordumuzun şücaəti sayəsində bu gün burada - Xankəndinin mərkəzində yarış keçiririk".
Cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 8-də beşinci yarış gününün görüşləri baş tutacaq
III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb