Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə turizm sahəsində mövcud əməkdaşlığı genişləndirmək və ölkəmizin turizm imkanlarını yerli turizm sənayesi nümayəndələrinə tanıtmaq məqsədilə Rusiyanın Yekaterinburq, Tümen və Novosibirsk şəhərlərində təqdimatlar keçirilib.
“İki sahil” xəbər verir ki, ümumilikdə 220-yə yaxın turizm sənayesi mütəxəssisinin bir araya gəldiyi tədbirlərdə iştirakçılara Azərbaycanın müxtəlif turizm istiqamətləri ilə bağlı təqdimatlar keçirilib.
"Absheron Hotel Group", Naftalan sanatoriyaları və "Rayda Tour" kimi yerli turizm sənayesi təmsilçilərinin iştirak etdiyi B2B formatlı görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub.
Agentliyin nümayəndələri Koreya Respublikasında keçirilən dövlət satınalmaları üzrə təlimdə iştirak ediblər
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib