16 aprel 2025 08:26
92

UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulacaq

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, ikinci oyun günündə son yarımfinalçılar müəyyənləşəcək.

"Real" doğma meydanda "Arsenal"la üz-üzə gələcək.

"Bavariya" klubu isə İtaliyada "İnter"in qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

16 aprel

23:00. “Real" (İspaniya) - “Arsenal" (İngiltərə)

İlk oyun - 0:3.

23:00. “İnter" (İtaliya) - "Bavariya" (Almaniya)

İlk oyun - 2:1.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə aprelin 29-da start veriləcək.