Cari ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) müxtəlif fəaliyyət sahələri üzrə 147 min elektron arayış verilib.
Nazirlikdən “İki sahil”ə daxil olan məlumatda bildirilib ki, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox e-arayış xidməti yaradılıb.
Bu e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.