19 aprel 2025 16:37
102

Yardımlıda zəlzələ olub

Yardımlı rayonunda aprelin 19-da zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən “İki sahil”ə bildirilib ki, yerli vaxtla saat 16:00-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,3-ə bərabər olub.

Ocağı 11 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.