Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Danimarka İxrac və İnvestisiya Fondunun Maliyyə direktoru Kare Stamer Andreasenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, nazir müavini qonaqlara ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib. Sarvan Cəfərov ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb, Danimarka İxrac və İnvestisiya Fondu ilə əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırıb.
İşğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji zonası” elan edildiyini, bu ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını xatırladan Sarvan Cəfərov Azərbaycan Respublikasının bu prosesdə mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bildirib.
Danimarka İxrac və İnvestisiya Fondunun Maliyyə direktoru Kare Stamer Andreasen etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, müxtəlif ölkələrdə gördüyü işlər, o cümlədən kənd təsərrüfatı ilə bağlı maliyyələşdirilən layihələrdən bəhs edib. Bildirib ki, təmsil etdiyi fond Azərbaycanla bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Görüşdə Danimarka İxrac və İnvestisiya Fondu ilə aqrar sahədə gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub. Tərəflər aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu sahədə ən müasir texnologiyaların transferi məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib