29 aprel 2025 14:13
126

Daha 31 FETÖ üzvü saxlanılıb

Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatının 31 üzvü saxlanılıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı Türkiyənin İzmir Respublika Baş Prokurorluğunun Terror və Təşkilatlanmış Cinayətlərlə Mübarizə İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdikləri, təşkilat daxilində hazırkı strukturda fəaliyyət göstərdikləri, maliyyə vəsaiti təmin etdikləri, eləcə də sosial şəbəkələrdə təşkilat başçısının lehinə paylaşımlar etdikləri müəyyən olunan 41 şübhəli barəsində həbs qərarı çıxarılıb.

Əməliyyat Müəyyən edilmiş ünvanlarda eyni vaxtda keçirilib. Axtarışlar zamanı çox sayda rəqəmsal material, silah-sursat və maddi vəsait ələ keçirilib.

Digər şübhəlilərin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.