10 may 2025 19:19
109

Zelenski cəbhəboyu zonada 15 km-lik bufer zonasının yaradılması təklifinə qarşıdır

Cəbhə xəttinin hər iki tərəfindən 15 km-lik demilitarizasiya olunmuş bufer zonanın yaradılması şəhərlərin itirilməsinə səbəb ola bilər.

“İki sahil” "RBK Ukraina"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.

Zelenskinin sözlərinə görə, demilitarizasiya zonası və qoşunların geri çəkilməsi barədə rəsmi olaraq Ukraynaya təklif edilməyib.

Ukrayna lideri bildirib ki, bu məsələdə bir çox çətinliklər yaranır:

“Müasir artilleriyanın və dronların atış məsafəsi 15 km-dən xeyli çoxdur. Hətta 15 kilometrdən danışsaq belə, Xerson şəhəri ilə nə edəcəyik? Bu o deməkdir ki, Xersonda bizim hərbçilərimiz olmayacaq. Orada bizim hərbçilərimiz olmasa – deməli, Xerson da olmayacaq”.

O əlavə edib ki, eyni vəziyyət Pokrovsk və digər cəbhə xəttinə yaxın şəhərlərlə də bağlıdır: “Bu barədə danışmaq hələ tezdir. Qoşunların geri çəkilməsi ilə bağlı ideya bu gün üçün real deyil”.