“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdə olub.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində ADY nümayəndələri Sian və Çendu şəhərlərində yerləşən quru limanlarının fəaliyyəti və infrastruktur imkanları, həmçinin limanlarda həyata keçirilən müasir logistika həlləri ilə tanış olub, liman rəhbərlikləri ilə görüşlər keçirib.
Görüşlərdə Orta Dəhlizə yüklərin cəlb edilməsi, logistika imkanlarının genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, Sian və Çendu Çinin qərbində yerləşən iki əsas nəqliyyat və iqtisadi mərkəzdir. Bu şəhərlər Orta Dəhliz vasitəsilə Çinlə Avropa arasında ticarət və logistika əlaqələrinin inkişafında mühüm rol oynayır.
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib - VİDEO
Energetika naziri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi ilə görüşüb
Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır
Mikayıl Cabbarov: Azərbaycanla Slovakiyanın əməkdaşlığının inkişafı üçün daha böyük potensial mövcuddur