“X” sosial media platformasına giriş problemləri narazılığa səbəb olub.
“İki sahil” xəbər verir ki, platforma ilə əlaqədar paylaşımlar edən bir hesabın paylaşdığı məlumatda qeyd edilir: “X”də bu səhər kəsintilər yaşayır. Bu, Oreqonda “X”in icarəyə götürdüyü məlumat mərkəzində baş verən yanğınla bağlı ola bilər".
Bu paylaşıma reaksiya verən “X”in sahibi Elon Mask qeyd edib: "Yenidən 24/7 işdəyəm, konfrans otaqlarında, server otaqlarında və fabrik bölmələrində yatıram. Kritik texnologiyalar işə düşdüyü üçün son dərəcə diqqətimi X/xAI və “Tesla”, (üstəlik gələn həftə “Starship” buraxılışı) üzərində cəmləməliyəm. Bu həftə “X”ə giriş problemlərinin də göstərdiyi kimi, böyük əməliyyat təkmilləşdirmələri lazımdır. Nüsxələmə sistemləri yerində olmalı idi, lakin işləmədi."
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Paşinyan dəmir yolu konsessiyasının hissə-hissə satılması imkanını istisna etməyib
Putinin Kuril adalarına səfərinə görə Rusiyanın Tokiodakı səfiri Yaponiya XİN-ə çağırılıb
Moldova fermerləri Ukrayna taxılının tranzitinə tətbiq edilən güzəştə etiraz ediblər