13 avqust 2026 13:16
108

Oman sahillərində qəzaya uğrayan tankerə xilasedici gəmilər yönəldilib

Oman sahillərində dayazlığa oturan və neft sızması baş verən "Caroline Bezengi" tankerinə xilasedici gəmilər yönəldilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış və xilasetmə əməliyyatında iştirak edən "Ambrey" şirkətindən TASS-a bildirilib.,

Şirkətin bəyanatında deyilir ki, dəniz risklərinin idarə olunması və insidentlərə reaksiya üzrə ixtisaslaşmış 'Ambrey' şirkəti Oman sahillərində, Əl-Xallaniyyat adaları rayonunda qəzaya uğrayan 'Caroline Bezengi' tankerindəki qəza-xilasetmə işlərində iştirakını təsdiqləyir. 'Ambrey' xilasedici gəmilərin, aviasiyanın və 100 tondan çox avadanlığa malik təcrübəli mütəxəssis komandasının cəlb olunduğu genişmiqyaslı beynəlxalq əməliyyatda iştirak edir. Xilasetmə işləri üçün nəzərdə tutulmuş gəmilər artıq yoldadır və yaxın vaxtlarda hadisə yerinə çatacaqlar.

Şirkətdən qeyd ediblər ki, mütəxəssislərin bir hissəsi "vəziyyəti qiymətləndirmək, gəminin və yükün stabilləşdirilməsinə başlamaq üçün Oman Kral Hərbi Hava Qüvvələrinin dəstəyi ilə artıq gəminin göyərtəsinə qalxıb.

"Associated Press" agentliyinin məlumatına görə, uzunluğu 247 metr olan "Caroline Bezengi" tankeri may ayında Qara dəniz limanından yola düşüb, iyunun 8-də isə gəmi heyəti göyərtədə partlayış baş verdiyi barədə məlumat verib. Sonradan gəmi Əl-Xallaniyyat adaları yaxınlığında dayazlığa oturub ki, bu da neft məhsullarının sızmasına gətirib çıxarıb. Neft ləkəsi Oman sahillərinə çatıb. Onun sahəsi 390 kvadrat kilometri ötür.