Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi ciddi ekoloji fəlakətlərə səbəb olur.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.
O qeyd edib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması balıqçılıq sənayesinə ciddi təsir edir:
“Bu, süni torpaq sahələrinin yaranması baxımından yaxşı olsa da, Xəzər bizə dəniz kimi lazımdır. Bölgə dövlətləri ilə bu məsələni ən vacib strateji kurs kimi götürməliyik”.