31 may 2025 10:01
190

Azərbaycan kubokunda final günü

Bu gün Azərbaycan kubokunda 2024/25 mövsümünün final oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki, həlledici matçda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcəklər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq görüşü İnqilab Məmmədov idarə edəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" tarixində 8 dəfə Azərbaycan kubokunu qazanıb. "Sabah" isə indiyədək bu titula sahib çıxa bilməyib.

Azərbaycan kuboku

FİNAL

19:00. "Qarabağ" - "Sabah"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Fərid Hacıyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu