01 iyun 2025 19:55
168

Balakəndə avtomobillər toqquşub, iki nəfər xəsarət alıb

Yol-nəqliyyat hadisəsi Balakən şəhər ərazisində qeydə alınıb.

“İki sahil” xəbər verir ki, Tülü kənd sakini Üzeyir Bayramovun idarə etdiyi “VAZ-2106” narkalı avtomobillə Qazma kənd sakini Rafiq Uklayevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Bu zaman hər iki avtomobildə olan sərnişinlər, Tülü kənd sakini 68 yaşlı Havva Bayramova, eləcə də 32 yaşlı Fatimə Axverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.