Gələcəkdə biz Bakı Təşəbbüs Qrupu olaraq, BMT-də fəaliyyət göstərən ekspertlər və elm xadimləri ilə birgə şəbəkələşmə qrupu yaradacaq və kolonializmlə elmi müstəvidə mübarizə aparacağıq.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
“Bildiyiniz kimi, əsas cari problemlərdən biri o idi ki, müstəmləkəçilik altında olan xalqların səsləri nə beynəlxalq təşkilatların, nə də dünya ictimaiyyətinin diqqətinə çatdırılırdı. Bakı Təşəbbüs Qrupu bununla bağlı BMT-nin qərargahında 10-dək beynəlxalq konfrans keçirib, müstəmləkə şəraitində olan bütün ərazilərin səsi dünya ictimaiyyətinə çatdırılıb”, - deyə A.Abbasov əlavə edib.