İran prezidenti Məsud Pezeşkian bu gün İranın 6 ölkədə, o cümlədən, Azərbaycana təyin olunmuş yeni səfirlərini qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə İran Prezidentinin informasiya portalı məlumat yayıb.
Görüşdə İran prezidenti Azərbaycana səfərindən sonra Azərbaycanla münasibətlərdə müsbət irəliləyişə nail olunduğunu deyib.
İran prezidenti səfirlərdən xidməti ölkələrdə İran şirkətlərinin fəaliyyətinin dəstəklənməsi və fəaliyyət dairələrinin müəyyənləşdirilməsini diqqət mərkəzində saxlamalarını istəyib.
Qeyd edək ki, İran prezidenti Azərbaycan, Çin, Fil Dişi Sahili, Meksika, Kuba və Uruqvaya təyin olunan səfirlərlə görüşüb.
Əlavə edək ki, İran Azərbaycana Muctaba Dəmirçilunu səfir təyin edib.