Beynəlxalq konvensiyaya görə, bir ölkənin sərhədinə yaxın ərazidə təhlükəli obyekt tikilirsə, qonşu dövlətdən rəsmi qaydada rəy alınmalıdır. Amma Ermənistan Azərbaycandan hər hansı rəy alınmayıb.
“İki sahil” xəbər verir ki, bunu “Enviromental Protection First” QHT Koalisiyasının keçirdiyi “Metsamor" AES-lə əlaqədar brifinqdə "Rüzgar" İctimai Birliyinin sədri İslam Mustafayev deyib.
Onun sözlərinə görə, atom elektrik stansiyasının təhlükəsizliyini təmin edilməsi üçün əsas şərtlərdən biri o
AES-dəki qurğuların və reaktorların düzgün quraşdırılması və istismarıdır:
"Ermənistanda Spitak zəlzələsi zamanı ölkədəki həmin stansiya zədələnmişdi. O zaman bu stansiyanın işinə və tikintisinə məsul olan şəxslər hadisə yerindən qaçmışdılar. Beynəlxalq konvensiyaya görə bir ölkənin sərhədinə yaxın ərazidə təhlükəli obyekt tikilirsə, qonşu dövlətdən rəsmi qaydada rəy alınmalıdır. Təəssüf ki, Ermənistan Azərbaycandan hər hansı rəy almamışdı".
Onun sözlərinə görə, bu il ərzində Azərbaycanda modul tipli nüvə reaktorunun inşasına başlanılması müzakirə edilir:
"Azərbaycanda alternativ enerji resursları ənənəvi enerji resurslarından üç dəfə çoxdur. Bu il ərzində ölkəmizdə modul tipli nüvə reaktorunun inşasına başlanılması müzakirə edilir. Bizim regional səviyyədə aparılan mübarizəmiz atom enerjisinə deyil, bu növ enerjinin tullantılarından qaydalara zidd şəkildə istifadəyə qarşıdır.
Ermənistana gəldikdə isə bu ölkədə mövcud olan nüvə obyekti regionun altına qoyulan bombadır. Hesab edirəm ki, Ermənistanın regionda yaratdığı radiasiya təhlükəsinin aradan qaldırılması üçün region ölkələri güclərini səfərbər etməlidir".