Türkiyənin Manisa şəhərində 300 hektarlıq ərazi yanıb.
“İki sahil” xəbər verir ki, hadisə Turqutlu rayonunda qeydə alınıb.
Kənd təsərrüfatı təyinatlı ərazidə başlayan yanğın daha sonra küləyin təsiri ilə genişlənib və meşəyə keçib.
Yanğının söndürülməsi üçün müxtəlif texniki vasitələr, o cümlədən helikopter cəlb olunub.
Hadisənin səbəbi məlum deyil.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib