ABŞ-ın səhiyyə naziri Robert Kennedi Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindəki (CDC) İmmunlaşdırma Təcrübələri üzrə Məsləhət Komitəsinin (ACIP) 17 üzvünü işdən çıxarıb.
“İki sahil” xəbər verir ki, bu barədə "www.hhs.gov" saytı məlumat yayıb.
Bildirilir ki, müxtəlif ixtisaslardan olan həkimlərin və alimlərin daxil olduğu komitə CDC-yə müxtəlif xəstəliklərə qarşı peyvəndlərin aparılması, o cümlədən vaxtı və əhatə dairəsi, bu məsələ ilə bağlı tövsiyələrin hazırlanması və s. ilə bağlı məsləhətlər verir.
ACİP-ə yeni üzvlərin nə vaxt təyin ediləcəyi məlum deyil.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib