Rusiya ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri ilə işgüzar əlaqələr saxlayır; lazım olanda ölkələrin liderləri birbaşa ünsiyyət qurur.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bizim Vaşinqtonla, Trampın komandasının nümayəndələri ilə işgüzar əlaqələrimiz var. Və lazım gəldikdə, prezidentlər özləri birbaşa əlaqələr saxlayır və aktual məsələləri müzakirə edirlər. Bu, indi daim baş verən prosesdir. Bu, bizə bir-birimizin mövqelərini başa düşməyə və irəliləməyə kömək edir", - deyə, Kreml rəsmisi bildirib.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib