Çorumun (Türkiyə) Alaca rayonunda toydan qayıdan vətəndaşları daşıyan mikroavtobusun aşması nəticəsində baş verən qəzada ilkin məlumata görə, 17 nəfər yaralanıb.
“İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, qəza Çorumun Alaca rayonunun Yozgat-Alaca Koçhisar hissəsində baş verib.
Məlumata görə, Adanada toya getdikdən sonra Samsuna qayıdan vətəndaşları daşıyan mikroavtobus sürücünün sükanı itirməsi nəticəsində yoldan çıxaraq kanala aşıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib