11 iyun 2025 12:11
334

İmişlidə qanunsuz tikili sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Cavadxanlı kəndi ərazisində fiziki şəxs Feyzullayev Rəcəb Qara oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.