Lazım gələrsə, Rusiya İrandan işlənmiş nüvə materialını çıxarmağa hazırdır.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Tərəflər bunu zəruri hesab edərsə, Rusiya belə xidmətləri göstərməyə hazır olacaq", - deyə Peskov brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri iyunun 4-də telefon danışığı zamanı bu məsələni müzakirə ediblər.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib