Böyük Britaniyanın Gürcüstandakı səfirliyi bu il oktyabrın 4-nə təyin edilmiş bələdiyyə seçkilərinin ədalətli və şəffaf keçirilməsini təmin etmək üçün nəzərdə tutulan qrantların verilməsini tamamilə dayandırır.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın Tbilisidəki diplomatik nümayəndəliyi məlumat yayıb.
Səfirlik xüsusi bəyanatda qeyd edib ki, Gürcüstanda yeni qanunvericiliyin, o cümlədən xarici agentlər adlandırılan şəxslərlə bağlı, habelə qrantların verilməsi ilə bağlı yeni qaydaların qəbulundan sonra yaranan qeyri-müəyyənlik səbəbindən Böyük Britaniya səfirliyi bu qanunlara ciddi əməl etməsinə baxmayaraq, Gürcüstan hökumətindən qrant tələbinə cavab ala bilmir.
“Bu səbəbdən biz gələcək bələdiyyə seçkilərinin şəffaflığını və rəqabət qabiliyyətini dəstəkləməyə yönəlmiş qrant təkliflərini ləğv etmək məcburiyyətindəyik”, – səfirliyin bəyanatında deyilir.