Kişinyov Rayon Məhkəməsi Qaqauz Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun ev dustaqlığının 30 sutka uzadılması ilə bağlı prokurorların vəsatətini təmin edib.

“İki sahil” bu barədə TASS-a istinadla xəbər verir.
“Prokuror Adrian Skutarunun Yevgeniya Qutsulun ev dustaqlığının 30 gün müddətinə uzadılması ilə bağlı vəsatəti təsdiq edilib”, - deyə, TASS hakimin qərarından sitat gətirib.
Bundan əvvəl Moldova polisi Başkan Yevgeniya Qutsula dəstək aksiyasına gedənləri saxlayıb.
Tədbir Kişinyova tələblərlə bağlı qətnamənin qəbulu ilə başa çatıb.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib