11 iyun 2025 17:54
190

"Brent" markalı neftinin qiyməti 68 dolları ötüb

Londonun ICE birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti qısa müddət ərzində 68 dolları ötüb.

“İki sahil” "Investing.com"a istinadla xəbər verir ki, "Brent" markalı neft  sonuncu dəfə aprelin 17-də bu həddi keçib.

Gün ərzində fyuçerslərin qiyməti 2,15% artım göstərərək bir barel üçün 68,03 dollara çatıb. Daha sonra qiymət bir qədər aşağı düşüb və bir barel üçün 67,84 dollar olub.

2025-ci ilin iyulunda WTI markalı neftin fyuçersləri 2,26% bahalaşaraq 66,43 dollar/barelə çatıb.