Cibuti sahillərində mühacirləri daşıyan qayığa quldur basqını nəticəsində azı 8 nəfər həyatını itirib, 22 nəfər isə itkin düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının iyunun 11-də yayımladığı bəyanatda deyilir.
Qeyd olunur ki, təxminən 150 miqrantı daşıyan qayıq iyunun 5-də açıq dənizdə saxlanılıb. Daha sonra sərnişinlər dənizə atılmağa məcbur ediliblər. Üzərək sahilə çıxa bilməyən insanlar boğularaq ölüblər. Xilasetmə qüvvələri indiyədək 5 nəfərin cəsədini çıxara bilib. Axtarışlar davam edir.
Basqının səbəbi haqqında məlumat verilmir.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib