Rusiya hasil edilə bilən qaz ehtiyatlarının hazırkı hasilat səviyyəsinə əsasən 100 ildən çox müddətə kifayət edəcəyini açıqlayıb.
TASS Xəbər Agentliyinin məlumatına görə, Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov bəyan edib ki, ölkə 63,5 trilyon kubmetr həcmində qaz ehtiyatına-dünya təbii qaz ehtiyatlarının təxminən beşdə bir hissəsinə malikdir.
Hazırda Rusiya təbii ehtiyatlar sektorunda 747 investor arasında paylanmış geoloji tədqiqatlar, kəşfiyyat və karbohidrogen hasilatı üçün 4052 lisenziyaya malikdir.
Neft ehtiyatlarına gəlincə, Kozlov qeyd edib ki, Rusiya dünya miqyasında beşinci yerdədir, ehtiyatları 31,4 milyard ton həcmində qiymətləndirilir və onun sözlərinə görə, hazırkı hasilat templəri ilə təxminən 64,5 il davam edəcək.
Nubar Süleymanova, “İki sahil”