Pakistan Baş naziri Şahbaz Şərif Əhmədabadda “Air India” sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Hindistana başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün Əhmədabad yaxınlığında baş verən “Air India” şirkətinə məxsus təyyarənin faciəvi qəzasından kədərləndim. Həlak olanların ailələrinə başsağlığı veririk. Dualarımız bu faciədən təsirlənən hər kəslədir", - o yazıb.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib