İsrailin İrana hava hücumundan sonra “qara qızıl”ın qiyməti kəskin artıb.
“İki sahil” xəbər verir ki, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 4,28% bahalaşaraq 1 barel üçün 73,35 ABŞ dolları, WTI markalı neftin iyul fyuçerslərinin qiyməti isə 7,95% artaraq 1 barel üçün 73,03 ABŞ dolları təşkil edib.
Bundan əlavə, Asiya indeksləri kimi ABŞ indeksləri də dəyər itirməyə başlayıb. İsveçrə frankı və qızılın isə qiymətləri yüksəlir.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib