Hər zaman fərqli layihələrdə yer alan Xalq artisti Tünzalə Ağayeva beynəlxalq müsabiqədə münsif kürsüsünə əyləşib.
“İki sahil” xəbər verir ki, pop ulduz “Bakı 2015 - 10 illik yubileyi: İdman irsinin onilliyi və gələcəyə baxış” proqramı çərçivəsində baş tutan “Süni intellekt və idmanda innovasiya müsabiqəsi”nin təqdimatında iştirak edib.
Estrada ulduzu sözügedən müsabiqədə münsif olub. Müsabiqənin əsas məqsədi gənc yaradıcılıarın süni intellektdən istifadə edərək “Bakı 2015”-in ruhunu və irsini əks etdirməkdir. Onu da vurğulayaq ki, layihə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə gerçəkləşir.
Qeyd edək ki, bu il “Bakı 2015 Avropa Oyunları”nın 10 illik yubeliyidir.
İsi Mustafayev: Bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq
İlham Əmirov: "AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası mənəvi əhəmiyyət daşıyır"
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markasının təqdimatı olub
Moldovada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş dərs keçirilib