Braziliya hökuməti Vyetnamın tərəfdaş ölkə kimi BRICS-ə rəsmən qoşulduğunu elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya mətbuatı Braziliya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Nigeriya, Tailand, Uqanda və Özbəkistandan sonra Vyetnam da BRICS-in tərəfdaş ölkəsinə çevrilir”, - bəyanatda deyilir.
Qeyd edək ki, BRICS üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir, Efiopiya və İndoneziyadır. Tərəfdaş ölkələr kateqoriyası 2024-cü ilin oktyabrında Kazanda keçirilən XVI BRICS sammitində təsis edilib
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib