Kipr Respublikasının lideri Nikos Xristodilidis, İranın onların vasitəsi ilə İsrailə mesaj göndərmək istədiklərini və bu mesajı çatdıracaqlarını bildirib.
“İki sahil” xəbər verir ki, “Cyprus Mail” qəzetinin yazdığına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, gün ərzində İsrailin baş naziri Binyamin Netanyahu ilə telefonla danışacaq.
İran Xarici İşlər Nazirliyi bu açıqlamanı təkzib edib.
Nazirliyin rəsmi nümayəndəsi İsmail Bəqai “Mehr” agentliyinə məlumat verilib ki, İran hakimiyyəti başqa ölkələr vasitəsilə İsrailə heç bir mesaj ötürməyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
"Al Mayadeen": Livan-İsrail danışıqlarının növbəti raundu payızdan tez baş tutmayacaq
Zelenski: Şimali Koreya Rusiyanın ballistik raketlərlə təchizatını davam etdirir