16 iyun 2025 03:03
124

Peruda zəlzələ: 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Peruda 5,6 bal gücündə zəlzələ baş verib.

İki sahil” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentrinin ölkənin liman şəhəri Kallaodan 23 kilometr cənub-qərbdə olduğunu qeyd edilir.

Təxminən 53,5 kilometr dərinlikdə baş verən zəlzələnin ilk növbədə paytaxt Lima ilə yanaşı ətraf şəhərlərdə də hiss olunduğu bildirilib.

Məlumara görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”