21 iyun 2025 14:02
109

Rusiya ABŞ-a NƏ MESAJI GÖNDƏRİB?

Rusiya ABŞ administrasiyasına siqnal göndərərək onları İrana zərbə endirməkdən çəkinməyə çağırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə İsrailin “Kan” dövlət televiziyası mənbələrə istinadla məlumat yayıb.

Mesajın Moskva və Vaşinqton arasında təmaslar çərçivəsində göndərildiyi bildirilir. Mənbələr bunun təhdid deyil, diplomatik xəbərdarlıq olduğunu vurğulayıblar.

Bu siqnal ABŞ prezidenti Donald Trampı İrana mümkün hücumla bağlı qərarından çəkindirmək üçün ünvanlanıb.