22 iyun 2025 12:12
112

AEBA Rəhbərlər Şurası İranla bağlı iclas keçirəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra ölkədəki vəziyyəti müzakirə etmək üçün iyunun 23-də bir araya gələcək.

“İki sahil” xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ İranın Fordo, Natanz və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib.

AEBA ABŞ-ın zərbələrindən sonra İranın nüvə obyektləri xaricində radiasiya səviyyəsinin artması ilə bağlı heç bir məlumat almadığını bildirib.

Bu hücumlardan sonra İran İsrailə növbəti dəfə ballistik raketlər atıb.

İsrail ordusu isə İranın qərbindəki hərbi obyektlərə zərbələr endirib.