Sabah, iyunun 23-də Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin sədrliyi ilə hüquq-mühafizə orqanlarının geniş tərkibdə iclası keçiriləcək.
“İki sahil” KAZINFORM-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Prezidentinin müşaviri - mətbuat katibi Ruslan Jeldibay məlumat verib.
Bildirilib ki, iclasda Qazaxıstan Respublikası Hökumətinin, Prezident Administrasiyasının, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Maliyyə Monitorinqi Agentliyinin, Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin rəhbərləri iştirak edəcəklər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Netanyahu Qəzzanın HƏMAS-ın nəzarətində olmayan hissəsində yenidənqurma işlərini təsdiqləyib
Səudiyyə Ərəbistanının "Aramco" neft-qaz şirkətinə aid obyektdə yanğın baş verib